Daxil ol

Düzgün yazılış

Sözü yazın, düzgün yazılıb-yazılmadığını yoxlayaq. Aşağıda isə ən çox səhv yazılan sözləri qaydaları ilə birlikdə tapa bilərsiniz.

Qoşa hərflər

Bir sıra alınma sözlərdə hərf qoşa yazılır və tələffüzdə də uzadılır. Bu sözlərdə hərfi tək yazmaq səhvdir.

  • müəyənmüəyyən
  • təsüftəəssüf
  • təəsüftəəssüf
  • təsürattəəssürat
  • təcübtəəccüb
  • mütəxəsismütəxəssis
  • müəsisəmüəssisə
  • təşəkürtəşəkkür
  • mükəməlmükəmməl
  • müvəqətimüvəqqəti
  • diqətdiqqət
  • əlbətəəlbəttə
  • hətahətta
  • müdətmüddət
  • məhəbətməhəbbət
  • mürəkəbmürəkkəb
  • qramatikaqrammatika
  • camatcamaat
  • inşatinşaat
  • mətbəmətbəə
  • təbitəbii
  • marifmaarif
  • mənfətmənfəət
  • itifaqittifaq
  • müəlifmüəllif

-iyyə, -iyyət, -iyyat

Bu hissə ilə bitən sözlərdə y hərfi qoşa yazılır.

  • keyfiyətkeyfiyyət
  • fəaliyətfəaliyyət
  • məsuliyətməsuliyyət
  • əhəmiyətəhəmiyyət
  • cəmiyətcəmiyyət
  • vəziyətvəziyyət
  • şəxsiyətşəxsiyyət
  • ünsiyətünsiyyət
  • müvəffəqiyətmüvəffəqiyyət
  • mədəniyətmədəniyyət
  • xüsusiyətxüsusiyyət
  • kəmiyətkəmiyyət
  • ədəbiyatədəbiyyat
  • iqtisadiyatiqtisadiyyat
  • nəzəriyənəzəriyyə
  • hədiyəhədiyyə

Ayrı yazılanlar

Bu birləşmələr iki ayrı sözdür, aralarında boşluq qoyulur.

  • sağolsağ ol
  • sağolunsağ olun
  • xoşgəldinizxoş gəldiniz
  • zəhmətolmasazəhmət olmasa
  • hərşeyhər şey
  • hərkəshər kəs
  • hərgünhər gün
  • hərhansıhər hansı
  • heçnəheç nə
  • heçkimheç kim
  • heçvaxtheç vaxt
  • bugünbu gün"Bu gün" ayrı yazılır, ondan düzələn "bugünkü" isə bitişik.
  • birazbir az
  • obirio biri
  • nəüçünnə üçün
  • həmdəhəm dəBağlayıcı "da, də" həmişə ayrı yazılır: həm də, mən də, o da.
  • eləcədəeləcə dəBağlayıcı "da, də" həmişə ayrı yazılır.
  • bilirəmkibilirəm kiBağlayıcı "ki" ayrı yazılır: bilirəm ki, deyir ki.

Bitişik və defislə yazılanlar

Bəzi sözlərin hissələri bitişik, bəziləri isə defislə yazılır.

  • çünküçünki"Çünki, halbuki, nəinki, sanki" sözlərində "ki" bitişik yazılır və dəyişmir.
  • halbikihalbuki
  • hansı sahansısa"-sa, -sə" ədatı sözə bitişik yazılır: hansısa, kimsə, nəsə.
  • kim səkimsə
  • nə sənəsə
  • bir birinəbir-birinə
  • gün gündəngün-gündən
  • tərcümeyi haltərcümeyi-hal
  • veb saytveb-sayt
  • e poçte-poçt

Söz sonunda q və k

Danışıqda söz sonundakı q çox vaxt x kimi səslənir, amma yazıda q yazılır. Məsdər şəkilçisi də həmişə -maq, -mək şəklində yazılır.

  • uşaxuşaq
  • yarpaxyarpaq
  • ayaxayaq
  • qonaxqonaq
  • oxumaxoxumaq
  • yazmaxyazmaq
  • getməxgetmək
  • gəlməxgəlmək

Rəqəmlə yazılış

Sıra sayı rəqəmlə yazılanda şəkilçi defislə qoşulur. Əsrlər Rum rəqəmi ilə yazılır.

  • 1ci1-ci
  • 3cü3-cü
  • 5ci sinif5-ci sinif
  • 2024 il2024-cü il
  • 20-ci əsrXX əsr

Tez-tez qarışdırılan hərflər

Bu sözlər danışıqda və ya başqa dillərin təsiri ilə çox vaxt səhv yazılır.

  • kompyuterkompüter
  • məllimmüəllim
  • dəyildeyil
  • şerşeir
  • örgənməköyrənmək
  • xayişxahiş
  • imtəhanimtahan
  • mühendismühəndis
  • müxdəlifmüxtəlif
  • isdifadəistifadə
  • nomrənömrə
  • musahibəmüsahibə
  • proqrammproqram