Daxil ol
Birinci çərşənbə

Su çərşənbəsi

İlk çərşənbə suyun adı ilə bağlıdır. İnanca görə, bu gün sular təzələnir, durulur, buz bağlamış çaylar yenidən axmağa başlayır. Su təmizliyin və həyatın rəmzidir.

Bu çərşənbənin adətləri

  • Bulaq başına getmək

    Səhər tezdən bulağa, çaya gedib üz-əl yuyur, sudan içirlər. Bu, il boyu sağlam və təmiz qalmaq arzusudur.

  • Axar suyun üstündən tullanmaq

    Arxın, çayın üstündən tullanırlar ki, ilin ağırlığı su ilə axıb getsin.

  • Su çiləmək

    Bulaqdan gətirilən su ilə bir-birinin üstünə, evin künc-bucağına su çiləyirlər.